aze | рус | eng
ANA SƏHİFƏ BİOQRAFİYA MUSİQİ VİDEO QALEREYA XƏBƏRLƏR ƏLAQƏ
Romanslar
Xalq mahnıları
Ariyalar
XƏBƏRLƏR
31 Dekabr, 2010
Hörmətli izləyicilər. Fİdan, Xuraman Qasımova bacılarının yeni rəsmi internet saytı artıq istifadəyə verilmişdir...
Görkəmli Azərbaycan opera müğənniləri Fidan və Xuraman Qasımovalar musiqi təhsillərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında alıblar. Fidan Qasımova həmçinin P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında da təhsil alıb.

Onlar bir neçə nüfuzlu beynəlxalq vokal müsabiqələrinin qalibləri olmuşlar. Onların arasında: İtaliyada keçirilən Viotti adına (I yer), Afinada “Maria Kallas” adına (I yer və “Qran-Pri”- qızıl medal), Moskvada P. İ. Çaykovski adına (II yer) müsabiqələrinin böyük uğurlarını qeyd etmək olar.
Qasımova bacılarının çoxşaxəli yaradıcılığında Avropa, Rusiya və Azərbaycan klassik bəstəkarlarının əsərləri geniş yer tutur. Onlar dünyada tanınmış bir çox opera tamaşalarında qadın obrazlarının bənzərsiz ifaçıları olmuşlar. Bunlardan: C.Verdinin “Aida” və “Otello” operalarında Aida və Dezdemona, Ş.Qunonun “Faust” operasında Marqarita, J. Bizenin “Karmen” operasında Mikaela, C. Puççininin “Bogema”, “Turandot”, ”Toska” operalarında Mimi, Müzetta, Lyu, Turandot və Toska, P.İ. Çaykovskinin “Yevgeni Onegin” və “İolanta” operalarında Tatyana və İolanta, N.A. Rimski-Korsakovun “Çar gəlini” operasında Marfa, S.V. Raxmaninovun “Aleko” operasında Zemfira, Ü. Hacıbəyovun “Koroğlu” operasında Nigar, F.Əmirovun “Sevil” operasında Sevil və Dilbər kimi rolları xüsusi qeyd etmək lazımdır.

Onların parlaq konsert-kamera ifaçılığının geniş diapazonu qədim klassik musiqidən başlayaraq müasir dünya bəstəkarlarının əsərlərinə qədərki dövrü əhatə edir...
ətraflı oxu...
Copyright © 2010! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır